“Qarabağ” - "Tvente" oyununun biletləri satışa çıxarıldı
- 21:30
- 22
Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Tvente” (Niderland) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiymətləri 5,10,15 və 20 AZN-dir. VIP sektorlar üçün qiymətlər 50, 75 və 100 AZN-dir. VVIP sektorlar üzrə biletlərin qiyməti isə 150 manat təşkil edir.
Qeyd edilir ki, VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.