“Qarabağ” növbəti transferini açıqladı
- 20:20
- 41
“Qarabağ” növbəti transferini gerçəkləşdirib.
Rekord.az xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.
24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.
2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.
Lobato yay transfer pəncərəsində “Qarabağ”a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zəkəriyyə Savonun keçidi rəsmiləşmişdi.