"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı məlumat yayıb.


Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib.


"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq", - deyə məlumatda vurğulanıb.


Qeyd edək ki, Nəriman Axundzadə 2022-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edir. 21 yaşlı hücumçu 2023-cü ildən isə Azərbaycan millisinə dəvət alır.