
"Qarabağ" Medinanı Türkiyə klubuna buraxmayıb
- 03 Apr 2022 15:00
- 540
Konfrans Liqasının pley-off mərhələsində “Marsel”ə məğlub olaraq mübarizəni dayandıran “Qarabağ”ın futbolçuları diqqət mərkəzindədi.
Avropa klubları Ağdam təmsilçisinin üzvlərini transfer etmək istəyirlər.
Bununla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Kevin Medina karyerasını Türkiyədə davam etdirə bilərmiş. Belə ki, “Sivasspor” kolumbiyalı futbolçunun xidmətində maraqlı olub. Superliqa təmsilçisi Ağdam klubuna qış “transfer pəncərəsi”ndə 28 yaşlı futbolçu üçün müraciət edib. Lakin “köhlən atlar” Medinanın onlar üçün önəmli olduğunu bildirərək təklifi geri çevirib. Lakin “Sivasspor” inadından dönmək istəmir. Belə ki, “qırmızı-ağlar” mövsümün sonunda meneceri vasitəsi ilə futbolçunu razı salmaq niyyətindədi.
Qeyd edək ki, Kevin Medinanın “Qarabağ”la 2023-cü ilin iyununa kimi müqaviləsi var. ("Futbol plus")