“Qarabağ” inamlı qələbə ilə yarımfinalda!
- 21:00
- 40
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Qarabağ” “Şamaxı”nı qəbul edib. Bu komandalar arasında Şamaxıda keçirilən ilk oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə inamlı qələbəyə sevinmiş "Qarabağ" yarımfinala vəsiqə qazanıb.
Daha öncə “Sumqayıt”ı iki oyunda üstələmiş (0:0, 2:0) “Zirə” ilk yarımfinalçı olub. Qalan oyunlar sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
4 mart
Qarabağ – Şamaxı 3:1
Qollar: Emmanuel Addai, 6; 81. Leandro Andrade, 63 – Karim Rossi, 31.
Baş hakim: Fərid Hacıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:2.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Xoni Montiel, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkovyanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.