“Qarabağ” ÇSKA səddində "ilişdi"
- 00:48
- 31
“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşıb.
Bu komandalar arasında ilk görüş Bakıda baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb.
Qurban Qurbanovun kollektivi Beroedə baş tutan cavab görüşündə qələbə qazanmaqla mərhələ adlamağa çalışıbq. Səfərdə istənilən hesablı qələbə “Qarabağ”ı növbəti raunda daşıyacaqdı. Amma səfərdəki oyunda da hesab açılmayıb. Hətta əlavə vaxtda da tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ÇSKA mərhələ adlayan tərəf olub. Azərbaycan təmsilçisi isə Avropa Liqası ilə vidalaşıb.
Avropa Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul
ÇSKA (Sofiya) – Qarabağ 0:0 (penaltilər 5:4)
Baş hakim: Van Driessşe (Belçika).
Sofiya. Vasil Levski stadionu.
ÇSKA: Fedor Lapuxov, 2. Pastor, 5. Jan-Filipp Qbamin, 6. Bruno Cordan (k), 7. Maks Ebonq, 8. Stefano Sensi, 9. Leandro Qodoy, 14. Teodor İvanov, 17. Anxelo Martino, 28. İoannis Pittas, 32. Fakundo Rodriqes.
Ehtiyat oyunçular: 25. Dimitar Yevtimov, 10. Joel Zvarts, 11. Məhəmməd Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Georgi Çorbadjiyski, 91. Aleks Tunçev, 94. İsaak Solet, 99. Ceyms Eto'o.
Baş məşqçi: Xristo Yanev.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k.)
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.