Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" futbol komandası ilk yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Metallist" (Xarkov) ilə üz-üzə gəlib.


Qarşılaşma Ağdam klubunun məğlubiyyəti ilə bitib – 4:5. “Qarabağ”ın heyətində Nəriman Axundzadə dubl edib, digər qolalrı Aleksey Kaşukla Emmanuel Addai vurublar.


Xatırladaq ki, Azərbaycan çempionu Bakıdakı ilk yoxlama matçında "Zirə"ni 4 cavabsız qolla üstələmişdi.


"Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.