“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu haqda qol.az saytına Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib. O, rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul ecəcəklərini bildirib.

Qeyd edək ki, G qrupunda yer alan Qurban Qurbanovun komandası "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və  "Nant"la (Fransa) mübarizə aparacaq.

Əlavə edək ki, Ağdam təmsilçisinin qrup oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi məsələsi də gündəmdə idi.