Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq “Qarabağ” FK sentyabrın 6-da Almaniyaya yollanacaq.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Sentyabrın 7-də saat 19:40-da (Bakı vaxtı ilə 21:40) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” oyununa Bakı vaxtı ilə 23:00-da start veriləcək.