"Qarabağ" futbol akademiyasının komandaları üçün bina tikməyi düşünür.

Rekord.az xəbər verir ki, həmin bina bir növü baza olacaq.

İnzibati bina, yataqxanadan başqa, məşq meydançasının olması da nəzərdə tutulub. Saytımıza daxil olan məlumata görə, layihə demək olar ki, hazırdı. Sadəcə, həmin layihəyə uyğun yer tapılmalıdır ki, Bakıda da yer tapmaq bir az qəliz məsələdir.