
Qara Qarayev "Zirə"yə keçə bilər
- 2023-05-19 12:00
- 1535
"Qarabağ"ın futbolçusu Qara Qarayev klubunu dəyişə bilər.
Rekord.az-a daxil olan məlumata görə, Qurban Qurbanov qış fasiləsindən sonra daha çox Romauya güvənir və Qaranı ehtiyata göndərib.
Növbəti mövsümdə də Qurbanov əsas heyətdə Qaraya yer görmür. Məhz bu durumdan istifadə edən "Zirə" Qarayevi heyətinə qatmaq istəyir. Deyilənə görə, Rəşad Sadıqov da Qaranı "Zirə"də görmək istəyir. Nəzərə alaq ki, Qaranın Ağdam klubu ilə müqaviləsi də mövsümün sonunda başa çatır. Hər halda, iyun ayında bu məsələyə tam aydınlıq gələcək.