Şahruddin Məhəmmədəliyevin ardından daha bir futbolçu "Qarabağ"la yeni müqavilə bağlayacaq.

Rekord.az-a daxil olan məlumata görə, klubdan Qara Qarayevə yeni 3 illik müqavilə təklif olunub.

Qara özü də gələcəyini "Qarabağ"da gördüyü üçün böyük ehtimalla tərəflər qışda yeni müqaviləyə imza atacaq.

Qeyd edək ki, Qarayevin Ağdam klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır