“Qalatasaray”ın sabiq futbolçusu Kolumbiya klubunda
- 04 Yan 2020 13:41
- 781
“Qalatasaray”ın sabiq üzvü Robinson Sapata karyerasını Kolumbiyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 41 yaşlı qapıçı “Xaquares de Kordoba”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sapata tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.
2010/11 mövsümündə “Qalatasaray”ın formasını geyinən qapıçı 4 dəfə də Kolumbiya millisinin şərəfini qoruyub.
Son olaraq Kolumbiyanın “Santa Fe” klubunda çıxış edən qapıçı, 2019-cu ilin yanvarından işsiz idi.