"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını İngiltərədə davam etdirə bilər.

 

Rekord.az xəbər verir ki, danimarkalı mərkəz müdafiəçisi ilə "Vulverhempton" yaxından maraqlanır.

 

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Premyer Liqa təmsilçisinin baş məşqçisi Bruno Lage rəhbərlikdən vaxt itirmədən futbolçunun müqaviləsində yer alan 20 milyon funt-sterlinqlik sərbəstqalma məbləğinin ödənilməini istəyib. O, "Nottingem Forest"ə satılan Villi Bolinin yerini Viktor Nelssonla doldurmaq istəyir.

 

Qeyd edək ki, Viktor Nelsson "Qalatasaray"a 2021-ci ilin yayında "Kopenhagen"dən transfer olunub. 23 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 1 qol vurub. Onun "cim bom"la müqaviləsi 2026-cı ilin yayına kimidir.