“Qalatasaray”da ciddi itki
- 2024-09-12 22:31
- 114
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb.
31 yaşlı yarımmüdafiəçinin baldır əzələsində zədə aşkarlanıb.
“Sarı-qırmızılar" Super Liqanın 5-ci turunda sentyabrın 14-də “Rizəspor”la qarşılaşacaq.