“Qalatasaray” prezidentliyinə daha bir namizəd müəyyənləşib.

Rekord.az xəbər verir ki, Abdurrahim Albayrak İstanbul klubuna rəhbərlik etmək istəyir.

Sabiq vitse-prezident "Sabah"a açıqlamasında aprelin 30-da keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib: “Namizədlik üçün çalışmalarım davam edir. Hələlik bu qədərini deyə bilərəm”.

Qeyd edək ki, digər namizədlər Dursun Özbek və Eşref Hamamcıoğludur. Yaxın 30 gün ərzində kluba yeni prezident seçilməlidir.