“Qalatasaray” Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazandı
- 02:41
- 32
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün daha 4 oyun keçirilib.
PSJ “Monako” səddini, “Real” isə “Benfika”nı çətinliklə keçib. “Atalanta” səfərdə uduzduğu “Borussiya”ya evdə böyük hesabla qalib gələrək mərhələ adlayıb. “Yuventus”un qonağı olan “Qalatasaray” isə istəyinə əlavə vaxtda çatıb.
Daha öncə “Atletiko” (İspaniya), “Bayer” (Almaniya), “Bodo Qlimt” (Norveç) və “Nyukasl” (İngiltərə) da 1/8 finala vəsiqə qazanmışdılar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
25 fevral
Atalanta (İtaliya) – Borussiya (Dortmund, Almaniya) 4:1
Qollar: Skamakka, 5. Zappakosta, 45. Paşaliç, 57. Samardziç, 90+8-pen – Adeyemi, 75.
İlk oyun – 0:2.
PSJ (Fransa) – Monako (Fransa) 2:2
Qollar: Markinyos, 60. Kvaratsxeliya, 66 – Akliuş, 45. Teze, 90+1.
İlk oyun – 3:2.
Yuventus (İtaliya) – Qalatasaray (Türkiyə) 3:2
Qollar: Lokatelli, 37-pen. Qatti, 67. Makkenni, 82 – Osimhen, 105+1. B.A.Yılmaz, 119.
İlk oyun – 2:5.
Real (İspaniya) – Benfika (Portuqaliya) 2:1
Qollar: Tçuameni, 16. Vinisius, 80 – Rafa Silva, 14.
İlk oyun – 1:0.