Qadınlardan ibarət millimizin üzvü klubunu dəyişdi
- 28 Dek 2019 21:00
- 843
Qadınlardan ibarət milli komandamızın hücumçusu Sevinc Cəfərzadə karyerasınə yeni klubda davam etdirəcək.
Rekord.az xəbər verir ki, millimizin 25 yaşlı hücumçusu Rusiyanın "Yenisey" klubu ilə 1 illik müqavilə bağlayıb.
Futbolçumuz daha əvvəl Rusiyada "Donçanka", ən sonda isə "Kubanoçka"da oynayıb, bu komanda ilə Rusiya çempionatının bürünc medalını qazanıb. O, "Kubanoçka"da 12 oyunda meydana çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini edib