"Lion" "Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniçi heyətinə qatmaq istəyir.

Rekord.az sport.es-ə istinadən xəbər verir ki,  Fransa klubu 32 yaşlı futbolçunu icarəyə götürməyə hazırdır. Pyaniçlə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu da maraqlanır.

Qeyd edək ki, Pyaniç 2008-2011-ci illərdə "Lion"da oynayıb. Bosniyalı yarımmüdafiəçi komandanın heyətində 121 matçda 16 qol vurub və 21 qolun ötürməsini verib. Pyaniç 2020-ci ilun yayından "Barselona"da çıxış edir.