
PSJ yeni transferini açıqladı
- 31 May 2022 16:44
- 504
Fransanın PSJ klubu yeni transferini açıqlayıb.
Rekord.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fransa çempionu Portuqaliya “Sportinq”indən Nuno Mendesi heyətinə qatıb.
20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Mendes bunadək də icarə əsasında PSJ-də çıxış edirdi. Futbolçu Portuqaliya millisinin də formasını geyinir.