Çempionlar Liqasının 1/4 finalında "Bavariya"nı mübarizədən kənarlaşdıran PSJ-nin prezidenti Nasser Əl-Xələfi iddialı açıqlamalar verib.

Rekord.az xəbər verir ki, klub rəhbəri turnirin qalibi olmaq istədiklərini deyib:

"Məqsədimiz finala yüksəlib, Çempionlar Liqasının qalibi olmaqdır. Biz bu oyunda möhtəşəm işlər gördük.

Komandamız rəqibinə 3-4 qol vura bilərdi, amma əsas olan nəticədir və biz yarımfinaldayıq. "Barselona" və "Bavariya"nı ÇL-dən kənarlaşdırdıq. Turnirin qalibi olmaq üçün hər şeyimiz var. Buna görə çox maliyyə xərcləmişəm".