PSJ-nin yarımmüdafiəçisi Erik Ebimbe Fransa klubu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

23 yaşlı futbolçu geridə qalan mövsümdə icarə əsasında formasını geyindiyi “Ayntraxt”da qalıb. Bundesliqa təmsilçisi 6,5 milyon avro qarşılığında onu birdəfəlik transfer edib. Ebimbe “Ayntraxt”la 2027-ci ilin yayınadək müqavilə imzalayıb.

Ebimbe geridə qalan mövsüm Bundesliqada 19 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.