“Bavariya”nın futbolçusu Lük Ernandes karyerasını Fransada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, PSJ müdafiəçini transfer etmək niyyətindədir.

Liqa1 təmsilçisi Ernandes üçün 45 milyon avro verməyə hazırdır. Lakin parislilər müdafiəçini heyətində görmək istəyən yeganə komanda deyil. İspaniya “Real”ı da futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Ernandes Bundesliqanın cari mövsümündə 4 oyun keçirib