Premyer Liqanın püşkatma mərasimi keçiriləcək
- 13:40
- 37
Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, mərasim iyulun 17-də "Holiday Inn" hotelində baş tutacaq.
Tədbir saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.