Misli Premyer Liqasında fevral ayının ən yaxşı qolu adına namizədlər açıqlanıb.


Rekord.az xəbər verir ki, namizədlər sırasında 5 qol yer alıb.


"5-liy"ə Allesio Kurçi ("Neftçi"), Davit Volkov ("Zirə"), Nikola Ninkoviç ("Sumqayıt"), Qismət Əlyev ("Zirə") və  Aleksandr Ramalinqomun ("Sumqayıt") vurduğu qollar daxil olub.


Maraqlıdır ki, bu qollardan 4-ü bir oyunda "Sumqayıt" - "Zirə" matçında (2:3) vurulub.


Bu qollardan biri xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.


Fevral ayının ən yaxşı 5 qolunun videosunu təqdim edirik: