Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, II dövrənin ilk turunun görüşləri 2 günü əhatə edəcək.

Mərkəzi qarşılaşmada ilk iki pillədə yer alan “Sumqayıt”la “Neftçi” üz-üzə gələcək. Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası
VIII tur

31 oktyabr

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 14:00

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 16:00

1 noyabr

“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 14:00

“Qarabağ” – “Keşlə”
“Azersun Arena”, 16:00