Premyer Liqa klubunda yeni müqavilə
- 17:30
- 32
"Sanderlend” müdafiəçi Daniel Ballard ilə yeni müqavilə imzalayıb.
Rekord.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin yayına qədər uzadılıb.
Sənəddə müddətin daha bir il artırılması bəndi də yer alıb.
2022-ci ilin iyunundan "Sanderlend"in formasını geyinən 26 yaşlı futbolçu bu müddət ərzində 114 oyunda 8 qol vurub.