
Premyer Liqa klubunda ayrılıq
- 07 İyl 2025 18:00
- 167
İngiltərənin “Nyukasl” klubu hücumçusu Kallum Uilsonla yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı ön xətt oyunçusu 2020-ci ildə “Bornmut”dan transfer olunub və son 5 mövsümü "Nyukasl"da keçirib.
Uilson ötən mövsüm 22 matçda meydana çıxıb və 1 qol vurub.