"Yuventus"un futbolçusu Pol Poqba əməliyyat olunacaq.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin dizindən əməliyyat olunacağı bildirilib. O, ən az 1,5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Poqba iyul ayında komandanın məşqi zamanı zədələnmişdi.