
Piolinin yeni iş yeri müəyyənləşdi
- 12 İyl 2025 17:20
- 41
İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub.
59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Pioli 2017-2019-cu illərdə də "Fiorentina"ya rəhbərlik edib. Mütəxəssisin son klubu "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) olub.