"Barselona"nın futbolçusu Jerar Pike sahibi olduğu İspaniya 2-ci Liqasında mübarizə aparan "Andorra" üçün yüksək təzminatlı transfer edə bilər.

Rekord.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, klub "Mançester Yunayteddən Hannibal Mejbrini heyətinə qatmaq istəyir. Bildirilib ki, klub oyunçunu icarəyə götürə bilər. "Andorra" La Liqaya yüksəlsə, klub Mejbrini 25 milyon avro ödəyib birdəfəlik almalı olacaq.

Qeyd edək ki, Pike 2018-ci ildən sözügedən klubun sahibidir.