PFL "İmişli"yə məktub göndərdi
- 13:00
- 58
PFL "İmişli" klubuna daha bir xəbərdarlıq məktubu göndərib.
Rekord.az xəbər verir ki. məktub Quba stadionunun durumu ilə bağlıdır.
Bölgə klubuna bir daha xəbərdarlıq edilib ki, stadionun qazonuna qulluq artırılsın və vəziyyət yaxşılaşdırılsın. Əks halda "İmişli"yə Qubada da oynamağa icazə verilməyəcək.