
Pele Braziliyanın dünya çempionu olacağına inanır
- 12 Noy 2022 16:45
- 528
Əfsanəvi braziliyalı futbolçu Pele noyabrın 20-də Qətərdə start götürəcək DÇ-2022 haqqında danışıb.
Rekord.az xəbər verir ki, 82 yaşlı sabiq hücumçu Braziiliya yığmasının mundialın qalibi olacağına inandığını bildirib:
“Artıq komandamızın meydana çıxmasını gözləyə bilmirəm. Məni özünə çox güvənən biri adlandıra bilərsiniz. Amma mən hiss edirəm ki, biz Braziliyanın qələbəsini görəcəyik”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla G qrupunda mübarizə aparacaq.