Paytaxt klubunda ciddi itki
- 16:20
- 38
"Tottenhem"in hücumçusu Vilson Odober ciddi zədə alıb.
Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 21 yaşlı fransalı futbolçunun dizində ön çarpaz bağların qopması aşkarlanıb. O, yaxın vaxtlarda əməliyyat olunacaq və uzun müddət meydanlardan kənarda qalacaq.
Odober 2024-cü ilin yayında İngiltərənin "Bernli" klubundan "Tottenhem"ə transfer olunub. Cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxan hücumçu 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.