Görünən budur ki, “Qarabağ” yeni transferlərdən daha çox hazırkı heyəti qoruyub saxlamaq haqda düşünür.

Rekord.az xəbər verir ki, artıq Filip Ozobiçlə də ilkin razılıq əldə olunub.

Mövsümün sonunda Ağdam klubu ilə müqaviləsi başa çatacaq xorvatiyalı yeni müqavilə imzalamağın əlehinə deyil. Bu mənada demək olar ki, Ozobiç növbəti mövsümdə də “Qarabağ”ın formasını geyinəcək.