
Ozan Canlı “Eyndhoven” darmadağına üzüldü
- 12 Noy 2022 10:21
- 440
Futbol üzrə Niderland birinci divizionunda 15-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zvolle” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.
Ozan da bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.
“Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.