Futbol üzrə Niderland birinci divizionunda 4-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Alkmaar”ın gənclərdən ibarət komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Ozan da bu gün görüşün iştirakçısı olub. O, bu görüşə start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 45+2-ci dəqiqədə millimizin yarımmüdafiəçisi vurub.

“Eyndhoven” 4 oyuna topladığı 12 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.