
Ozan Can oynadı, komandası heç-heçə etdi
- 10 İyl 2025 18:30
- 69
Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” (Niderland) təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, komanda Niderlandın digər klubu “Katveyk”lə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Kökçü də bu görüşdə iştirak edib. O, ikinci hissədə meydana çıxıb.
"Volendam" növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozan Can Kökçü isə mayın 27-də bu klubla 1+1 illik müqavilə imzalayıb.