«Açığı, hələ bu haqda məlumat yoxdur. Fariz müəllimin işə çıxması, yəqin ki, yaxın günlərdə baş verər».

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

O, Azərbaycan Ordusunda könüllü xidmət edən klub prezidenti Fariz Nəcəfovun tezliklə işinə dönəcəyinə ümid bəslədiyini bildirib:

«Hər departamentdə olan rəhbərlik öz işinə nəzarət edir. Klub üçün vacib məqamlarda Fariz müəllimlə əlaqə saxlayırıq. Hər hansı qərar verilmədən əvvəl çalışırıq ki, özü ilə danışaq, məsləhətlərini alaq».