Ordubad rayonunda “Heydər Əliyev ili”nə həsr edilən şahmat üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, 5 turdan ibarət yarışda 40 şahmatçı iştirak edib.

Nəticələrə əsasən Ayşən Abdulla I, İsmayıl İsmayıllı II, Seyran Bağırzadə III yerin sahibi olub. Fərqlənən şahmatçılara diplom və hədiyyələri təqdim edilib.