Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə Ordubad və Culfa ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol klubları arasında “Heydər Əliyev İli” ilə əlaqədar yoldaşlıq oyunu keçirilib.

Rekord.az xəbər verir ki, qarşılaşma Ordubad komandasının qələbəsi ilə yekunlaşıb.

Sonda hər iki komandaya diplom təqdim edilib.