Bir müddət bundan öncə mətbuatda Oqtay Abdullayevin “Turan Tovuz”dan gedəcəyinə dair məlumatlar yayıldı. Elə bizim özümüzə də bu cür məlumatlar sızmışdı. Səbəb isə Tovuz təmsilçisinin ardıcıl olaraq neçənci ildir ki, Premyer Liqaya buraxılmamasıdır. Guya bundan narazı olan Abdullayev “Turan Tovuz”dan gedəcəyini açıqlamışdı.

Lakin Rekord.az xəbər verir ki, əslində Abdullayev ajiotaj yaratmaq üçün belə söhbətlər yayıb.

Halbuki onun “Turan Tovuz”dan getmək fikri yoxdur və komanda I Divizionda mübarizə aparsa belə, qalıb öz işinə davam edəcək.