“Sabah” Misli Premyer Liqasının 1-ci turunda bu gün “Kəpəz”lə qarşılaşıb.

Rekord.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis bu oyunda böyük ölçüdə rotasiya etdiklərini bildirib:

“Sabah” ailəsini təbrik edirəm. Bu gün önəmli olan üç xal idi ki, qazandıq. Gördüyünüz kimi, bu gün böyük ölçüdə rotasiya etdik. İlk hissədə çoxlu səhvlərə yol verdik. İkinci yarıda isə daha diqqətli oynadıq. Oyunun son dəqiqələrində fərqləndik və qalib gəldik. Bu oyunu unudub qarşıdakı maçlara hazırlaşmalıyıq. Bizi uzun səfər gözləyir.

Bizim üçün çətin olacaq üç “cəbhə”də. 50 oyunçu sifariş edib üç “cəbhə”də mübarizə apara bilmərik. Bizim üçün çətindir. Amma bu gün 23 oyunçu sifariş etmişdik. Bu gün qapıda gənc azərbaycanlı oyunçuya şans verdik. Bizim skautlar işləyir. Əlimin altında olan oyunçular tapşırıqlarımı yerinə yetirirlər. Biz Çempionlar Liqasında çıxış edirik. Kifayət qədər yaxşı oyunçularımız var”.