Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Bakcell Arena”da həlledici oyunda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəliblər.
 
Sayca 31-ci ölkə kubokunda paytaxt klubu 11-ci, bölgə təmsilçisi isə 5-ci dəfə final həyəcanı yaşayıb. “Neftçi” tarixində 6-cı, “Qəbələ” 2-ci dəfə kuboka yiyələnmək şansına malik idi.

Sözügedən komandalar 9 ildən sonra yenidən ölkə kubokunun finalında üz-üzə gəliblər. 2013/14 mövsümündə də həlledici qarşılaşmada bu iki komanda üz-üzə gəlmiş və bakılılar oyunsonrası penaltilərlə qalib olmuşdular.

"Bakcell Arena"da keçirilən bu oyunda əsas vaxt qolsuz bitib. Əlavə vaxtda isə penalti qazanan "Qəbələ" bu şansdan maksimum yararlanıb. Beləcə, 1:0 hesablı qələbə qazanan "Qəbələ" ölkə kubokunun qalibi olub.

Azərbaycan Kuboku
Final
3 iyun

“Neftçi” - “Qəbələ” 0:1
Qol: İsnik Alimi, 102-pen.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
Bakı, “Bakcell Arena”. 20:00.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanski, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.