Həndbol üzrə yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.


Rekord.az xəbər verir ki, “AHF Arena” idman kompleksində təşkil edilən yarışda 2010-cu il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar.


Nəticələrə əsasən, oğlanlar arasında "Bakı-1" komandası yarışın qalibi adını qazanıb. "Bakı-2" ikinci, "Qazax" kollektivi isə üçüncü yerin sahibi olublar.


Qızların mübarizəsində də “Bakı-1” bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” gümüş, "Gəncə" isə bürünc medallara sahib çıxıb.


Qeyd edək ki, oğlanların yarışında 7, qızların birinciliyində isə 6 komanda qalib adı uğrunda mübarizə aparıb.


Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medallar və diplomlar təqdim olunub.