Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı bəlli olub. "Rekord.az" xəbər verir ki, bu mərhələnin növbəti oyunları aprelin 6-da və 7-də keçiriləcək.

Qadınların Yüksək Liqasında yarımfinalın ikinci qarşılaşmaları aprelin 5-də baş tutacaq. Həmin "Murov" klubu "Abşeron"la, "UNEC" isə "Azərreyl"lə üz-üzə gələcək. Birincilərin ilk oyununda "Murov" 3:1 hesabı ilə, ikincilərin görüşündə isə "Azərreyl" 3:0 hesabı ilə qələbə qazanıb. 

Aprelin 7-də kişi voleybolçular qarşılaşmaları baş tutacaq. Həmin gün "Neftçi" - "Xarıbülbül" və "MOİK" - "Murov" cütləri yarımfinalın ikinci matçları çərçivəsində meydana çıxacaqlar.

Bütün oyunlar Voleybol Mərkəzində təşkil olunacaq. 

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

 

Yüksək Liqa (qadınlar)

Yarımfinal (2-ci oyun)

5 aprel

   16:00 "Murov" - "Abşeron" (CBC sport-canlı)

   18:00 "UNEC - "Azərreyl"

 

Yüksək Liqa (kişilər)

Yarımfinal (2-ci oyun)

6 aprel

   16:00. "Neftçi" - "Xarıbülbül"

   18:00 "MOİK" - "Murov"