
“Olimpiakos”un ispan legioneri “Qarabağ”la matçı buraxa bilər
- 10 Okt 2022 18:30
- 412
“Olimpiakos”un futbolçusu Qonsalo Avila “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçını buraxa bilər.
Rekord.az xəbər verir ki, 24 yaşlı müdafiəçi OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur oyununda bud nahiyəsindən zədələnib.
39-cu dəqiqədə ispaniyalı oyunçunun yerinə meydana Marios Vrusay daxil olub. Avilanın durumuna bu gün aydınlıq gələcək.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək. “Qarabağ” Yunanıstanda baş tutan ilk oyunda bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.