Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Karlos Korberan Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”, “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) birgə G qrupunda yer alan Pirey təmsilçisinin çalışdırıcısı bunları söyləyib:

“Təbii ki, “Olimpiakos”un hədəfi Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanmaqdır. Ötən mövsüm bunu ikinci yeri tutmaqla bacardıq. Amma bu mövsüm pley-offa qrup lideri kimi çıxmaq istəyirik. Həmçinin yaxşı futbol oynamaq istəyirik. Avropa Liqasındakı istənilən komanda layiqli rəqibdir. “Olimpiakos” böyük ambisiyaları olan klubdur. Vaxtımız azdır. Komandanın bəzi mövqelərini gücləndirməyə çalışacağıq”.