"Kəpəz" - "Neftçi" matçında Ryonosuke Ohorinin meydançaya çıxmaması müxtəlif söhbətlərə yol açdı.

Rekord.az xəbər verir ki, öncə yapon futbolçunun özünün "Neftçi"yə qarşı oynamaq istəməməsi haqda söz-söhbət yayıldı.

Daha sonra isə futbolçunun gözündə problem olduğu deyildi. Bizə isə başqa bir məlumat daxil olub. Həmin məlumata görə, yaponun oynamamasının əsl səbəbi başqadır. Belə ki, futbolçu müqavilə ilə "Neftçi"yə məxsusdur və "Neftçi"də icarə əsasında oynayır. İcarə müqaviləsi zamanı iki klub arasında belə söhbət olub ki, Ohori "Neftçi" ilə oyunlara meydançada olmayacaq. O da məhz buna görə 1:3 başa çatan  görüşdə iştirak etməyib. Futbolçu bu komandalar arasında ötən il noyabrın 1-də Bakıda keçirilən və "Neftçi"nin 5:1 hesablı qələbəsi ilə başa çatan 10-cu tur matçında da meydançaya çıxmamışdı.