“Turan Tovuz” Natan Oduvaya yeni müqavilə təklif edəcək.

Rekord.az-a daxil olan məlumata görə, növbəti mövsüm üçün daha iddialı komanda qurmağı düşünən Tovuz təmsilçisi bəzi aparıcı futbolçularla indidən razılıq əldə etmək istəyir.

Bu futbolçuların başında isə məhz Natan Oduva durur. Gəldiyi ilk gündən “Turan Tovuz”a uyğunlaşan sabiq “Tottenhem”li yerli azarkeşlərin də sevimlisinə çevirilib.